Milli üçün Kosovo və San Marino

05.05.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, İlkin mərhələdə mübarizəyə başlayacaq Azərbaycan milli komandası B qrupunda Kosovo və San Marino yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda təşkil olunacaq.

Qeyd edək ki, ilkin mərhələnin matçları 2025-ci il yanvarın 21-dən 26-dək keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaqlar. Millimiz əsas mərhələyə yüksəlsə, orada Xorvatiya, Bosniya və Herseqovina, Türkiyə ilə 7-ci qrupda mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью