futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bəhreyn, Azərbaycan və Qırğızıstanın U21 komandaları Türkiyənin “Davraz Barida” otelində məskunlaşıb.
Futbolpress.az xəbər verir ki, burda təlim-məşq toplanışı keçən kollektivlər üçün miniturnir təşkil olunacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Oyunlar “Atatürk Stadionu”nda baş tutacaq.
Azərbaycan yığması ilk oyunu iyunun 6-da Bəhreynlə keçirəcək. Növbəti matç isə 9-da Qırğızıstana qarşı olacaq.