Milli üzvləri Estoniya ilə matçdan öncə azarkeşlərlə görüşəcək

11.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin futbolçuları – Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüşəcək. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş Estoniya ilə Millətlər Liqasının oyunu ərəfəsində Qəbələ şəhərində keçiriləcək. Fufbolçular görüş zamanı azarkeşlərə avtoqraf verəcəklər.

Qeyd edək ki, görüş noyabrın 12-də, saat 16:30-da "Gabala Garden Hotel"də olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью