Milli üzvü ÇL də iştirak edəcək klubla müqavilə imzaladı

28.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“LANDAU Lions” klubu Azərbaycan basketbol millisinin üzvü Saadettin Donatı heyətinə qatıb.

Futbolpress.az xəbər verir ki, Donatla 1 mövsümlük müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“LANDAU Lions” buna qədər Ceyms Freyzer ilə 2, Orelik Gediminas, De Ondre Ceksonla daha 1 mövsümlük müqavilə bağlayıb.

Komanda Çempionlar Liqasına hazırlıq məqsədilə avqustun əvvəlində bir araya gələcək.

“LANDAU Lions” FIBA Çempionlar Liqasının II təsnifat mərhələsinin 1/8 finalında Latviyanın “VEF Riqa” kollektivi ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью