Milli üzvü ilə nüqavilə imzalandı

10.11.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Aston Villa" Viktor Lindelöfün mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İsveç milli komandasının üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözəlşmə imzalanıb.

Qeyd edək ki, Viktor Lindelöf 2025-ci ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Aston Villa"ya keçib. 32 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə Birmingem təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью