Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Vanspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Antalyaspor”la qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 3:0.
Oyuna ehtiyatda başlayan Ozan 46-cı dəqiqədə meydana daxil olub.
“Vanspor” 8 turdan sonra 4 xalla 20 komanda arasında 19-cudur.