Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

28.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Rumıniya Superliqasında 17-ci turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “Arceş”lə üz-üzə gəlib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. “Arceş”ə qələbə gətirən qolu 41-ci dəqiqədə Qabriel Çarpentier vurub.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal 81-ci dəqiqədə Tiberiu Kapusanın əvəzinə meydana daxil olub.

“Petrolul” 30 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью