Milli üzvü Premyer Liqada klubunu dəyişəcək

24.06.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fulhem"lə müqaviləsi başa çatan Harri Vilson Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Lids Yunayted" uelsli vingerin keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Artıq Vilsonla razılıq əldə olunub. Azad agent statusunda olan 29 yaşlı ön xətt oyunçusu yaxın günlərdə "Lids Yunayted"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Fulhem" Harri Vilsonu 2021-ci ilin yayında "Liverpul"dan 14 milyon avroya transfer etmişdi. Uels millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью