Milli üzvü qələbənin iştirakçısı oldu

22.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” Rumıniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Dinamo” ilə qarşılaşıb. Görüş “Petrolul”un minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

Cəlal bu görüşdə iştirak edib. O, matçın 89-cu dəqiqəsində oyuna daxil olub.

“Petrolul” 16 turdan sonra 30 xalla 4-cü sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью