Milli üzvü Real və Liverpul un hədəfində

28.11.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Brayton"un qapıçısı Bart Verbruggen Avropanın böyük klublarının transfer siyahısında yer alıb. Sport24.az xəbər verir ki, "Real" və "Liverpul" gələn yay niderlandlı qolkiperi transfer etmək istəyir.

Bu barədə "Football Insider" məlumat yayıb.

Klubu Verbruggenə 60 milyon funt-sterlinq qiymət qoyub. "Çelsi" və "Mançester Yunayted" də 24 yaşlı "əlcək sahibi" ilə maraqlanır.

Qeyd edək ki, "Brayton" Bart Verbruggeni 2023-cü ilin yayında "Anderlext"dən 20 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 9 qol buraxıb, 12 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью