futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Vanspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Muğlaspor”la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Ozan bu görüşdə ikinci hissədə, 61-ci dəqiqədə meydana daxil olub.
“Vanspor” 6 turdan sonra 5 xalla 15-ci sıradadır. “Muğlaspor”un isə aktivində 9 xal var.