Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Türkiyənin “Vanspor” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ozan Can Kökçü sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Manisa” ilə matçda (1:4) aldığı qırmızı vərəqəyə görə üzr istəyib:
“Qarşılaşmada gördüyüm qırmızı vərəqənin peşəkarlığa uyğun olmadığını başa düşürəm. Ancaq heç bir halda, heç kimin şəxsiyyətimə və ya başqa bir insanın dəyərlərinə yönələn təhqir və hörmətsizliyinə biganə qalmağım mümkün deyil. Buna baxmayaraq, yaşanan hadisə qarşısında nəzarətimi itirməyimin doğru olmadığını qəbul edirəm. Bu səbəblə, başda böyük “Vanspor” camiəsi olmaqla, texniki heyətimizdən, komanda yoldaşlarımdan və bizi hər şəraitdə dəstəkləyən azarkeşlərimizdən üzr istəyirəm.
Bunun bilinməsini istəyirəm ki, bu forma, bu gerb və “Vanspor”un uğuru üçün mən və komanda yoldaşlarım son ana qədər mübarizə aparmağa, meydanda xarakterimizi və əməyimizi ortaya qoymağa davam edəcəyik”.
Ozan bu yay “Vanspor”a keçib. O, “Manisa” ilə matçda komandasının yeganə qoluna imza atıb.