Milli üzvünün forma geydiyi komanda Fransa təmsilçisinə qalib gəlib

09.01.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi "Vaşaş" klubu CEV Çempionlar Liqasının qrup mərhələsində ikinci qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Macarıstan təmsilçisi 5-ci turda öz meydanında Fransa "Nant"ına üç setdə qalib gəlib (3:0).

Abduləzimova bu oyunda 8 xal toplayıb.

İlk turda da "Nant"ı məğlub edən "Vaşaş" 5 xalla qrupda üçüncüdür. Həmyerlimizin komandası ikinci pillədə qərarlaşan Polşa təmsilçisi "Budovlani Lodz"dan 3 xal geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью