Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Ərzurumspor” Super Liqada bu gün növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, “dadaşlar” II turda son çempion “Qalatasaray”ı qəbul edəcək. Matça saat 21:30-da start veriləcək.
“Ərzurumspor” mövsümün ilk oyununda “Amed”ə uduzub – 0:3. “Qalatasaray” isə “Çorum”la heç-heçə edib – 2:2.
Nəriman ilk görüşdə son dəqiqələrdə oyuna daxil olub və fərq yarada bilməyib.