Milli üzvünün sərgüzəştləri: qol, kəllə və “qırmızı”

16.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü “Vanspor”da növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi I Liqanın II turunda “Manisa” ilə matçda şans qazanıb.

Ozan 1:4 hesabıyla məğlub olduqları görüşdə komandasının yeganə qoluna imza atıb. Yarımmüdafiəçi daha sonra rəqib oyunçuya kəllə vurduğu üçün qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub.

“Vanspor” 2 turdan sonra xalsızdır.

Ozan bu yay I Liqa təmsilçisi ilə müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью