Milli və C Liqasının autsayderləri

18.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan millisi UEFA Millətlər Liqasında C Liqasında 1-ci qrupda 5 turdan sonra 1 xalla sonuncudur. Yığma İsveç, Slovakiya və Estoniyadan geri qalır.

Azərbaycan yığması C Liqasının 4 qrupu arasında ən pis nəticə göstərən iki komandadan biridir. Digəri isə Litvadır. Azərbaycanın bir xalı var, Litva isə hələ xal qazana bilməyib.

Milli C Liqasında qələbəyə həsrət üç komanda arasındadır. Litva ilə yanaşı, Lüksemburq da hələ qələbə qazana bilməyib. Yığmanın C Liqasının autsayderləri arasında ən yaxşı göstəricisi vurduğu qol sayıdır – 4 qol. Lakin heç kimə lazım olmayan bu qollar milliyə nə xal qazandırıb, nə qələbə.

Azərbaycan yığması qrupdakı son oyununu sabah İsveçə qarşı keçirəcək. Bakıda 1:3 hesabıyla məğlub olduğumuz rəqiblə dueldə məğlubiyyət gözləniləndir. Keyfiyyətdə bizdən geri qalan estonlarla evdə heç-heçə edilirsə, İsveç kimi komandadan xal qoparmaq inandırıcı görünmür.

İsveç – Azərbaycan oyunu saat 23:45-də start götürəcək. Milli bu oyunda xal qazana bilməzsə, qrupu sonuncu kimi bitirəcək.

Kamil Əhməd

Əsas xəbərlər, Ölkə futbolu Millimizin oyunlarının təqvimi açıqlandı

14 Noyabr 2024, 18:04

Əsas xəbərlər, Ölkə futbolu Aslan Kərimov: “Geridönüş yoxdur, kobud səhvlər etmək olmaz”

14 Noyabr 2024, 11:00

Əsas xəbərlər, Ölkə futbolu “Vacibdir ki, ilk dəqiqələrdən hesabı açaq” – Arif Əsədov

13 Noyabr 2024, 20:52

Əsas xəbərlər, Ölkə futbolu Millimizin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

13 Noyabr 2024, 18:44

Əsas xəbərlər, Ölkə futbolu Santuş: “Heç nə bizi yolumuzdan geri çəkə bilməz”

8 Noyabr 2024, 12:41

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığmasından qələbə

31 Oktyabr 2024, 18:53

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью