Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılacaq

29.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 30-da Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi ilə fəaliyyət göstərən “LèRami” art studiyasının tələbələrinin iştirakı ilə “Aether” adlı qrup sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi tələbələrin yaradıcılıq müxtəlifliyini və sənətə olan fərdi yanaşmalarını nümayiş etdirəcək.

Sərgidə 35 rəssamın 85 əsəri nümayiş olunacaq. Böyüklərlə yanaşı, uşaqlar da sərgidə iştirak edərək öz istedadlarını nümayiş etdirəcəklər.

Sərgi fevralın 1-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью