Milli xalçaçılığımız Fransada

03.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Fransanın Po şəhərində yaşayan azərbaycanlı Billurə Berna “Həyat xalçası” adlı yeni layihə təqdim edib.

Soydaşımızın təşəbbüsünə cavab olaraq Fransanın “Gobelins”, “Aubusson” tekstil və qobelen sənəti mərkəzlərinin ənənələri ilə Azərbaycan xalçaçılığının zəngin irsinin əlaqələndirilməsi nəzərdə tutulur. Müxtəlif yaş və sosial qruplardan olan insanları bir araya gətirəcək layihə çərçivəsində mədəni fəaliyyətlərə çıxışı məhdud olan insanlar üçün xüsusi emalatxanalar da təşkil ediləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью