“Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” kitabının təqdimat mərasimi keçirildi FOTO Y…
Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Milli İncəsənət Muzeyində “Milli Xəzinə.
Azərbaycan Təsviri İncəsənəti” adlı kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib.
Kitab və portal Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında, bp şirkətinin dəstəyi ilə hazırlanıb.
Təqdimat mərasimində giriş sözü söyləyən “bp”nin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı bp şirkətinin sosial layihələrə gösrərdiyi dəstəyin əhəmiyyətinə toxunub.
“bp”nin Xəzər regionunda Kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin tanıdılmasında əhəmiyyətini qeyd edib.
B.Aslanbəyli Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkətinin ölkənin həyatının ən mühüm sahələrinə, o cümlədən, təhsil, yerli icmalarda imkanların yaradılması, kiçik və orta biznesin inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına öz töhfəsini verməklə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak etdiyini vurğulayıb.
O, kitabın Azərbaycan xalqının zəngin mədəniyyəti, əsrarəngiz mədəni irsinin tədqiqi və təbliğinə yönəlmiş fəaliyyətlərə bp şirkətinin töhfəsi olduğunu deyib.
Təşəbbüslər və Layihələr Mərkəzinin rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı tarixi kökləri və ənənələri ilə qədimliyə söykənən, forma və məzmunu, estetik və emosional təsir gücü ilə çağdaş dünya incəsənətinin əsas üslub və cərəyanları ilə uyğunlaşan, ideya unikallığı və fəlsəfi düşündürücülüyü ilə diqqət çəkən əsl sənət əsərlərini özündə birləşdirən kitab və portalın yaranma tarixçəsi haqda məlumat verib.
Tam oxu
Xəbəri oxu