futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəbələ şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində məcburi dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti rəsmi məlumat yayıb.
“Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədələndiyi üçün milli komandanın toplanışını erkən tərk etməli olub.
U-20 yığmamız Qəbələdəki təlim-məşq prosesi çərçivəsində iki yoldaşlıq matçı keçirəcək. Futbolçularımız oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya seçməsi ilə üz-üzə gələcəklər.