“Millidə qələbədən vacib heç nə yoxdur” Emreli

26.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli sabah Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, hücumçu əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Sabah bizi çox önəmli oyun gözləyir, bunun fərqindəyik. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Bu gün son məşqimiz olacaq, yaxşı hazırlaşmağa çalışacağıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni qazanacağıq.

– Əsas heyətdə oynamağa hazırsınız?
– Tacikistanla matçın son dəqiqəsində dizimdən zədə aldım. Lakin vəziyyət yaxşıdır və oyuna tam hazıram. Düşünürəm ki, problem olmayacaq.

– Tacikistanla matçda ikinci hissə meydana çıxdın və fəal oynadın. Göründü ki, istəklisən. Sabah qol vuracağını və ya məhsuldar ötürmə edəcəyini hiss edirsən?
– Tacikistanla matçda yaxşı təşkil olunmuş hücumlar etdik. Məşqdə hazırlaşdığımız bəzi elementləri tətbiq edə bildik. Belə məqamlar hücumçular üçün də yaxşıdır. Düşünürsən ki, qol vura bilərəm. Millidə qələbədən vacib heç nə yoxdur. Qol vura, məhsuldar ötürmə edə bilsəm, əlavə motivasiya olacaq.

Elçin Cəlilov

Qeyd: Jurnalistlərin Litva səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью