Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisi noyabrın 13-də Lixtenşteynlə Millətlər Liqasında, 16-da isə yoldaşlıq oyunu çərçivəsində Andorra ilə qarşılaşacaq.
Yığmanın baş məşqçisi Ayxan Abbasov heyəti yaxın günlərdə açıqlayacaq. Mütəxəssis bununla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Toplanışa az qalıb. Heyət nə vaxt açıqlanacaq?
– Yaxın zamanda. Düşünürəm ki, noyabrın 6-7-nə tam heyəti açıqlayarıq.
– Ötən siyahıda yeni adlar var idi. Bu dəfə də kimlərisə görəcəyik?
– Biz də istəyirik ki, yığmada yeni adlar olsun. Bunun üçün işlərimiz gedir. Bu dəfə də millidə yeni adlar olacaq. Tam siyahı açıqlananda kimlərin olduğu bilinəcək.
– Qarşıda Lixtenşteyn və Andorra ilə oyun var. Bu iki görüşdə konkret hədəf nədir?
– Hər iki oyunda qalib gəlmək istəyirdik. Məqsədimiz tsiklı yaxşı nəticə ilə bitirməkdir.
– Lixtenşteynlə Bakıda heç-heçə etdiniz. Komandada revanş arzusu var?
– Lixtenşteynə xal itkisi qəbuledilməzdir. Buna baxmayaraq, bu görüşdən üç gün sonra Litvaya qarşı əzmkar mübarizə aparıb, qələbə qazandıq. Bu matç millinin ən yaxşı mübarizə apardığı oyunlardan oldu. Qarşıdakı matçlarda da hədəf ancaq qələbədir.
Azərbaycan yığması Millətlər Liqasında 3 turdan sonra 5 xalla birinci sıradadır.
Şahin Cəfərov