futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xorvatiya millisinin baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” Slaven Biliçə tapşırılıb. Bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.
Xorvat mütəxəssis bu postda bir neçə gün öncə milliyə vida edən Zlatko Daliçi əvəzləyib.
Slaven Biliç daha əvvəl 2006-2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib. O, son olaraq Səudiyyə Ərəbistanıda “Əl Fateh”i çalışdırıb.