sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Beşiktaş" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın futbolçusu Milot Raşiça zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kosovo yığmasının düşərgəsində zədə alan Milot azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2023-cü ildən "Beşiktaş"da çıxış edir. O, bu mövsüm Super Liqada iki matçda meydanda olub.