Millidəki komanda yoldaşı Messinin klubuna keçir

21.07.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo De Paul iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, onun xidmətində millidəki komanda yoldaşının - Lionel Messinin klubu "İnter Mayami" maraqlıdır. Mənbə MLS təmsilçisinin bu transfer üçün apardığı danışıqları yekunlaşdırmaq üzrə olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən mövsüm "Atletiko" forması ilə bütün turnirlərdə 53 matça çıxan De Paul 3 qol və məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью