Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Futbolpress.az xəbər verir ki, yığma finalda Türkiyə ilə qarşılaşıb. 21:13 hesabı ilə qalib gələn milli çempion olub.
Azərbaycan millisi ardıcıl üçüncü dəfə İslam Oyunlarının qalibi olub. Komanda 2017 və 2022-ci illərdə də qızıl medalları qazanmışdı.