Millidən böyük hesablı məğlubiyyət

17.04.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar sentyabrın 12-də eyni stadionda ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью