Millidən danışdı: “Gənclər təzyiqə tab gətirmir, çox tez ruhdan düşürlər”

08.04.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisi son iki yoldaşlıq oyununda uduzub. Fernandu Santuşun yetirmələri Haitiyə (0:3), Belarus (0:2) hesabıyla məğlub olub. Nəticədə milli komanda FIFA reytinqində iki pillə geriləyib və 1160 xalla 119-cu sırada qərarlaşıb.

Azərbaycan yığmasının sabiq futbolçusu Nodar Məmmədov “Futbolpress.az“a açıqlamasında millinin nəticələrini şərh etdi:

“Nəticələr çox pisdir. Komandada lider yoxdur. Təcrübəli futbolçular kənarda qalıb. Qara Qarayev, Emin Mahmudov kimi oyunçuların yeri görünür. Millidə heç olmazsa, 6-7 təcrübəli futbolçu lazımdır ki, digər gənclər də nəsə öyrənsin, komanda düzəlsin. Gənclər təzyiqə tab gətirmir, çox tez ruhdan düşürlər. İndiki məqamda bizə ancaq yerli məşqçi uyğundur”.

Nodar Məmmədov Azərbaycan yığmasında 4 oyun keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью