futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, yığma İrlandiya ilə üz-üzə gəlib. Görüş rəqibin 16:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçlarını oktyabrın 1-də Kosova, 3 gün sonra isə Albaniya yığmasına qarşı keçirəcək.