“Millidən getmək üçün ən doğru vaxt indidir” Emin Mahmudov

15.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Andorra ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, futbolçu sabahkı matçın onun üçün müəyyən qədər həyəcanlı olacağını bildirib:

"Bir qədər həyəcanlı olacağam. Çünki bu, millidə son oyunum olacaq. Hər matçda olduğu kimi, yenə qələbə qazanmaq üçün meydana çıxacağıq. Yaxşı oyunla yadda qalmağa çalışacağam".

- Millidə ilk mətbuat konfransınızı xatırlayırsınız?

- Açığı, xatırlamıram. Bir müddət yalnız mən mətbuat konfranslarına qatılırdım. Ona görə də ilkini artıq yada sala bilmirəm.

- Millidə karyeranızı başa vurmaq qərarınız gözlənilməz oldu. Bir çox azarkeş son oyununuzu Bakıda keçirəcəyinizi düşünürdü.

- Bura millidir, növbəti oyunun harada keçiriləcəyini heç vaxt dəqiq bilmirsən. Hər şeyi yaxşıca düşündüm, ailəmlə, dostlarımla və baş məşqçi ilə danışdım. Qərara gəldim ki, bunun üçün ən doğru vaxt indidir. Prosesi çox uzatmaq istəmədim.

- Yığmada 17-ci qolunuzu vurmaq barədə düşünmüsünüz?

- Hər oyunda qol vurmaq istəyirəm. Amma hər zaman ilk növbədə komandamın qələbəsini düşünmüşəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью