Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın 20 yaşadək qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində növbəti matçını keçirib.
Futbolpress.az xəbər verir ki, Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı çərçivəsində baş tutan qarşılaşmada Gökhan Edmanın yetirmələri Latviya seçməsi ilə üz-üzə gəliblər. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
U-20 millimiz turnirdəki ilk oyununda Polşa yığmasına da eyni hesabla məğlub olmuşdu.