“MilliKart” nizamnamə kapitalını azaldır

19.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Milli Kart MMC (VÖEN: 1400980591) nizamnamə kapitalının azaldığını elan edib.

Teleqraf.com xəbər verir ki, kreditorlar öz tələblərini bir ay ərzində Bakı şəhəri, A. Mustafayev 5A ünvanına bildirə bilərlər.

Şirkətin nizamnamə kapitalını nə qədər azaltdığı isə məlum deyil.

“MilliKart” MMC 2006-cı ildə yaradılıb və 6 milyon manat nizamnamə kapitalına malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью