Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq. Azərbaycan milli komandasının kapitanı, "Krasnodar"un üzvü Sevinc Cəfərzadə Sportal.az say
O, AFFA-nın yeni strategiyasına görə qadınlardan ibarət yığma komandamızın qarşıdakı 3 il ərzində FİFA reytinqində 50-ci pilləyə qədər yüksə
Biz qadınlardan ibarət A milli yığma komandası olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
Amma bu o demək deyil ki, qarşıdakı 3 ildə 50-liyə düşəcəyik.
Əgər bunu bacara bilsək, təbii ki, Azərbaycan futbolu üçün çox möhtəşəm və tarixi nəticə olardı.
Nəzərinizə çatdırmaq istərdim ki, milli komandalar arasında ilk tarixi nəticəyə də imza atmışıq.
Təəssüf ki, bu haqda bir çox insanların məlumatı belə, yoxdur. Qaldı ki, ilk “50liy”ə düşməyə bunun üçün çox şeylərə ehtiyac var.
Soruşsaz ki, nələrə? Hamımız çox gözəl bilirik. Ən yaxşı nəticə üçün mübarizə aparacağıq.