Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın basketbol üzrə oğlan və qızlardan ibarət U-16 milliləri Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq yarışa qatılacaqlar.
Apasport.az xəbər verir ki, paytaxt Minskdə baş tutacaq yarışda 2009-cu il təvəllüdlü və daha gənc basketbolçular iştirak edəcəklər.
Turnirdə Azərbaycanla yanaşı, ev sahibi ölkənin yığmaları, Qazaxıstan və Rusiya seçmələri mübarizə aparacaqlar.
Yarış dekabrın 5-dən 7-dək davam edəcək.
ABL: Təxirə salınmış oyunun vaxtı açıqlanıb Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm" Millimiz Lüksemburqa məğlub olub Millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq Naxçıvan təmsilçisindən növbəti transfer