Millimiz 25 ci pillədə

28.05.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Basketbolun 3x3 növü üzrə Qadın seriyasında ümumi sıralama açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə baş tutan 4 mərhələyə qatılan 35 komanda yer alıb.

Azərbaycan millisi 25-ci pillədə qərarlaşıb. Yalnız Bakı mərhələsində iştirak edən komandamız 35 xal toplayıb. Buna yığmanın 8-ci yeri tutması səbəb olub.

Yarışın lideri Niderland millisi başçılıq edir. Qatıldığı 3 mərhələnin hamısında finala çıxan “narıncılar” 2 dəfə 1-ci, Bakıda 2-ci yeri tutmaqla ümumilikdə 280 xal toplayıb.

Qeyd edək ki, “Ulan Bator Amazon” klubu 140 xalla 2-ci, Polşa millisi 130 xalla 3-cüdür.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью