Millimiz 3 cü yer uğrunda oyunda uduzdu

21.02.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

17 yaşadək futbolçulardan ibarət millimiz bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşıb. Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb. Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin 3-cülük matçı özbəklərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Azərbaycan millisi turniri 4-cü yerdə başa vurub.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью