Millimiz 3cü pillədə İdman və Biz

16.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan yığması Polşada 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında 5 medal qazanıb.

İdman.biz xəbər verir ki, ölkəmiz komanda hesabında 3-cü yeri tutub.

Cüdoçularımız çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc qazanıblar. Gürcüstan (3-1-1) yarışı birinci, Niderland isə (2-2-1) ikinci pillədə başa vurub.

Yığmamızın heyətində Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətovlə (73 kq) Ömər Rəcəbli (81 kq) isə bürüncə yiyələnib.

Qeyd edək ki, çempionatda komandamız 15 cüdoçu ilə təmsil olunub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью