Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çimərlik güləşi üzrə Azərbaycan milli komandası Bakıda keçiriləcək iki mühüm yarışa hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsinə hazırlıq məqsədilə son təlim-məşq toplanışı keçirilir.
Toplanışda ABŞ, Ukrayna, Serbiya, Xorvatiya, Əlcəzair və Türkiyə yığmalarının üzvləri də iştirak edir.
Milli komandanın baş məşqçisi Oyan Nəzəriani hazırlığın son mərhələsində olduqlarını bildirib:
“Hazırlığın son mərhələsindəyik. Toplanışın çox faydalı keçdiyini düşünürəm. Bu gün son yoxlama görüşlərimizi keçirdik. Avqustun 27-də yarışın startına hazır olacağıq”.
Milli komandanın üzvü Ülviyyə Musayeva isə doğma meydanda titulunu qorumağı hədəflədiyini deyib:
“Məqsədim doğma məkanda uğurlu çıxış etmək və titulumu qoruyaraq ikiqat dünya çempionu olmaqdır”.
Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 27-də, Dünya Seriyasının IV mərhələsi isə növbəti iki gündə keçiriləcək. Hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil olunacaq.
DÇ: İdmançımız üçün bürünc şansı Güləşçilərimizdən dünya çempionatına iki medalla start Millimizin baş məşqçisi: “Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir” Azərbaycan Dünya Seriyasına ev sahibliyi edəcək - ilk dəfə UWW Bakıdakı tədbiri yüksək qiymətləndirir