Millimiz Albaniya və Uels yığmaları ilə qarşılaşacaq

05.12.2024

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.

Millimizin rəqibləri açıqlanıb Yüksək Liqada II turun proqramı bəlli olub Azərbaycan çempionatı: "Zirə" 9 tur sonra məğlub olub “Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var" “Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью