Millimiz Avropa çempionatı öncəsi bütün oyunlarda qalib gəldi

13.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Millimiz Avropa çempionatı öncəsi bütün oyunlarda qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.

QOL.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Faiq Qarayevin komandası Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan hər iki görüş voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Yığmamız hər iki qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Azərbaycan - Belarus 3:1 (25:17, 24:26, 25:17, 25:14)

Azərbaycan - Belarus 3:1 (25:14, 25:19, 24:26, 25:15)

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib və bütün görüşlərdə qələbə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью