Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatı üçün hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, Bakıda keçirilən təlim-məşq toplanışında turnirə yollanacaq cüdoçular və millinin digər üzvləri iştirak ediblər.
Həmçinin toplanışa İtaliya və Qazaxıstan cüdoçuları da qatılıblar.
Yığma hazırlığın növbəti mərhələsinə aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində start verəcək.
Qeyd edək ki, millimiz bu turnirdə Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək.
Azərbaycanın 13 cüdoçusu Avropa kubokunda mübarizə aparacaq Cüdoçumuz dünya sıralamasında yerini qoruyub Gənc cüdoçularımız beynəlxalq təlim-məşq toplanışına qatılıblar Çempionlarımız ilk pillələrdə Cüdoçularımız Almaniyada beynəlxalq təlim-məşq toplanışında