Millimiz Avropa çempionatında 11 boksçu ilə təmsil olunacaq

21.11.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Apasport.az xəbər verir ki, 7 gün davam edək yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev U-23 Avropa çempionatında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.

Qadınlar ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək.

Yarışda hakimlər arasında beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq.

Qeyd edək ki, Macarıstana bu gün yollanan milli komanda Bakıya noyabrın 30-da qayıdacaq.

İslam Oyunları: Boksçumuz finalda İslam Oyunları: Daha bir boksçumuz yarımfinalda Boksçularımız Avropa çempionatına hazırlığı Kastamonuda davam etdirəcəklər Boksçumuz İslamiadaya qələbə ilə başlayıb - FOTO Azərbaycan İslamiadada 7 boksçu ilə təmsil olunacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью