Millimiz Avropa çempionatında ilk məğlubiyyətini alıb

26.08.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin IV turunda Belçika ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dörd oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью