Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu

19.07.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub.

Apasport.az xəbər verir ki, millimiz finalda Latviya yığmasını 4:0 hesabı ilə məğlub edərək, B Liqasını çempion kimi tamamlayıb.

Komandamızın heyətində Elşad Manafov 2, Orxan Məmmədov və Ramil Əliyev isə hərəyə 1 qol vurublar.

Millimiz eyni zamanda qitə birinciliyinin A Liqasına yüksələrək növbəti mövsümdən Avropanın ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Bundan başqa, Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib

Millimizin üzvü Polşa klubunda “Şamaxı”dan növbəti transfer - RƏSMİ Olise DÇ-da rekord qırdı – Peleni geridə qoydu Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb "Qarabağ"ın oyununu izləmək istəyənlərin diqqətinə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью