Millimiz Avropa çempionatının qalibi olub

10.04.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sərbəst güləş üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Apasport.az xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.

Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci də Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olub.

Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıblar. Komandamızın heyətində Giorgi Meşvildişvili (125) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürüncə sahib çıxıb.

Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq Azərbaycanın 30 güləşçisi Gimnaziadada mübarizə aparacaq Azərbaycan birinciliyi Astarada keçiriləcək Yunan-Roma güləşçimiz Avropa çempionu olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью