Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

21.10.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak etmək üçün Gürcüstana yola düşüb.

Apasport.az xəbər verir ki, oktyabrın 22-dən 25-dək Rustavi şəhərində təşkil olunacaq yarışda yığmamıza Gökhan Edman rəhbərlik edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya seçmələri ilə mübarizə aparacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alıblar.

Reqlamentə əsasən, qrup qalibləri turnirin çempionunu müəyyənləşdirən həlledici qarşılaşmada üz-üzə gələcəklər. Qruplarda ikinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 oyunlarında yekun sıralama uğrunda mübarizə aparacaqlar.

Turnirin qalibi olacaq komanda 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci, üçüncü və dördüncü yerləri tutan yığmalar isə qitə birinciliyinin 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.

Ziya Rəcəbov: “Heyətimiz Çempionlar Liqasında mübarizə üçün qurulub” Tovuzda Çempionlar Liqası matçına hazırlıq başa çatıb Azərbaycan klubundan yeni transfer Voleybol millimiz Türkiyə toplanışını başa vurub Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью