Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub

17.05.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi ilk yarış gününü 8 medalla başa vurub.

Cüdoçularımız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) yarışı gümüş medalla tamamlayıblar.

Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) isə bürünc mükafata sahib çıxıblar.

İlk yarış gününün ardından Azərbaycan komandası medal əyarına görə ümumi hesabda birinci pillədə qərarlaşıb.

Cüdoçularımızdan Avropa Kubokunda 9 medal Millimiz Böyük Dəbilqəni 1 medalla başa vurub Böyük Dəbilqə: 2 cüdoçumuz tatamiyə çıxacaq Cüdoçularımızın rəqibləri bəlli oldu Cüdo üzrə Avropa Kuboku keçiriləcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью