Millimiz Avropa kubokunun yarımfinalında

07.09.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda yarımfinala vəsiqə qazanıb. 

QOL.az xəbər verir ki, yığmamız 1/4 final mərhələsində Polşa millisi ilə üz-üzə gəlib və  rəqibini 16:13 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14) qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью