Millimiz Avropa üçüncüsü oldu

14.09.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, yığma 3-cü yer uğrunda görüşdə Sloveniya seçməsi ilə qarşılaşıb.

Rəqibinə 21:18 hesabı ilə qalib gələn milli komanda bürünc mükafata sahib çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью