Millimiz Belarusa ikinci dəfə uduzdu

06.02.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, U-19 növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında fevralın 4-də keçirilən ilk görüşdə də Belarus seçməsi 2:0 hesablı qələbə qazanıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью